Nobel prosrektində 3 piyada keçidi tikiləcək

Bakının Nobel prospektinə paralel 8 zolaqlı yeni avtomobil yolunun inşası davam edir. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. P.Mürsəliyev bildirib ki, avtomobil yolunun uzunluğu 2200 metr təşkil edəcək. Onun sözlərinə görə, yol boyu 3 piyada keçidinin tikintisi də planlaşdırılır. P.Mürsəliyev əlavə edib ki, piyada keçidlərindən ikisi iki giriş-çıxışlı, biri isə üç giriş çıxışlı olacaq: “Piyada keçidlərinin hər giriş-çıxışında ekskalatorlar quraşdırılacaq. Piyada keçidlərinin birində əsas işlər yekunlaşıb, digər iki piyada keçidində işlərin 60 faizi görülüb. Hazırda tikinti işləri davam etdirilir”. P.Mürsəliyevin sözlərinə görə, 2015-ci ilə qədər həmin yolun istismara veriləcəyi gözlənilir.

Share with your friends