Bu uşaq yolları dağıdanlara yol göstərdi

Yolmədəniyyət, iqtisadiyyat, birsözlə həyatdeməkdir. Ölkənin inkişafı üçün əyalətlərə, kəndlərə yol çəkilməlidir. Qərb ölkələri yol çəkilişinə xüsusi diqqət ayırdığı kimi, Azərbaycanda da yeni-yeni körpülər, tunellər, yeraltı və yerüstü keçidlər, metro stansiyaları tikilir və inkişaf edir. Bununla fəxr edirəm. Gələcəkdə dövlətimizin bundan da böyük layihələrə imza atacagina inanıram. Amma təəssüflər olsun ki, bəzi yol hərəkəti iştirakçiları yola lazımı qayğı göstərmirlər. Yolla düşmən malı kimi rəftar edir. Axı biz niyə dərk etmirik ki, yoldan mütəmadi istifadə edən elə özümüzük. Yolun pis vəziyyətdə olması insanların yol mədəniyyətinin nə qədər aşağı olduğunu göstərir.

Yol mədəniyyətsizliyi ilə gündəlik həyatımızda tez-tez qarşılaşırıq. Piyadalar işıqforlara diqqət etmir, piyada keçidləri olduğu halda həyatlarını təhlükəyə atıb icazə olmayan yerlərdən keçirlər. Sürücülər təzə təmir olunmuş yolda ağır yük maşinlarını kobud sürürlər ki, bu da yollarin tez dağılmasına səbəb olur. Qayda-qanunlara, nişanlara məhəl qoymurlar, surət həddini aşirlar və nəticədə qəzalar baş verir, ölümlərin sayı artır. Təqsiri isə həmişə qarşı tərəfdə axtarırıq.

Əgər biz istər sürücü, istərsə də piyadaların qayda-qanuna riayət etməyini istəyiriksə, əvvəlcə öz mədəniyyətimizi yűksəltməli, öz hərəkətlərimizə fikir verməli, cəmiyyətdən də bunu tələb etməliyik. "Öyrən əməl et,öyrət tələb et "şuari ilə yaşamalıyıq.


Rauf Əliyev,

gələcəyin yol polisi

Share with your friends